Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Hadisə Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, 77-PY-445 dövlət nişanlı “Mercedes” markalı avtomobillə 07-BF-387 nişanlı digər “Mercedes” avtomobilinin toqquşması nəticəsində sonuncu avtomobil yolun kənarındakı “Portağal bağları” adlanan əraziyə düşüb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur.
Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_47338" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]
[caption id="attachment_47337" align="alignnone" width="336"]
Foto Cenublu.az[/caption]