top
Lənkəranda çalışan cərrah: “Mədəkiçiltmə əməliyyatı onkoloji xəstəliklərin baş qaldırmasına səbəb olur” – ÖZƏL MÜSAHİBƏ
28 mart 2025, 03:06
- ↺ +

Lənkəranda çalışan cərrah: “Mədəkiçiltmə əməliyyatı onkoloji xəstəliklərin baş qaldırmasına səbəb olur” – ÖZƏL MÜSAHİBƏ

Cenublu.az–ın bugünkü müsahibi ümumi cərrah Səbinə Salahovadır.

Müsahibəni təqdim edirik:

- Səbinə xanım, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- 1978-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən gürcüstanlıyam. Atam hərbçi olub. Mən də Gürcüstanda böyümüşəm. Birinci Qarabağ müharibəsi başlayan zaman Gürcüstandan Azərbaycana köçmüşük. 1996-ci ildə məktəbi bitirdikdən sonra həmin ili Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşam. Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 2002-2003-cü illərdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında internaturanı ümumi cərrah ixtisası üzrə keçmişəm. 2004-cü ildən Müdafiə Nazirliyi Mərkəzi Hərbi Hospitalında işləməyə başlamışam. 2013-cü ildə Lənkəran hospitalında da işləmişəm. 2018-ci ilə qədər Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında fəaliyyət göstərmişəm. Əsas işimiz hərbi həkim komissiyası olub. 2018-ci ildən 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Tibb Xidmətində həkim-cərrah olaraq çalışmışam. 2020-ci ildən 2024-cü ilə qədər Tibb kollecində cərrahiyyə fənnini tədris etmişəm. 2024-cü ildən Lənkəran Mərkəzi Rayon Xəstəxanasında cərrah vəzifəsində çalışıram.

- Cərrah olmağa necə qərar verdiniz?

- Atam hərbçi olub. Düşündüm ki, cərrah olsam, vətənimə və xalqıma daha çox xidmət edə bilərəm.

- Pasiyentləriniz ən çox hansı problemlərlə əlaqədar cərrahiyyəyə baş vururlar?

- Bu gün ən çox müraciət şəkər xəstələrinin ağırlaşmaları, diabetik qanqren olmalarıdır. Bu hallar daha çox müşahidə edilir.

- Cərrahiyyə sahəsində ən son hansı texnoloji yeniliklər ortaya çıxıb? Ümumiyyətlə, texnologiyanın inkişafı cərrahların işini necə dəyişib?

- Son illər Azərbaycanda yeniliklər invaziv və laparoskopik cərrahiyyələrdir. İnvaziv cərrahiyənin də ən çox yayıldığı sahə ürək-damar cərrahiyyəsidir. İndi artıq ürək əməliyyatı etməkdən ötrü döş qəfəsini tamamilə açmırlar. Xəstənin həm tez bərpası, həm də əməliyyatlarının daha kiçik kəsiklərlə aparılması mümkün olur.

- Son illər cərrahiyyə ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də laparoskopik müdaxilədir. Hansı hallarda bu müdaxiləyə zərurət yaranır?

- Laparoskopik cərrahiyyədə, ümumiyyətlə qarın boşluğu əməliyyatlarında və yaxud öd kisəsi əməliyyatlarında zərurət yaranır.

- Bəziləri deyir ki, cərrahi əməliyyatlara ən son vəziyyətdə baş vurmaq lazımdır. Siz bu fikirlə razılaşırsınızmı?

- İnsan nə qədər cavandırsa, orqanizmi və orqan nə qədər ki gəncdir, daha tez müdaxilə etmək lazımdır. Öd kisəsi çıxarılmalıdırsa, 30 yaşda çıxarılması daha yaxşıdır, nəinki 70 yaşında. Həmin yaşda insanın əlavə xəstəlikləri olduğuna görə daha çətin olur.

- İndiyədək etdiyiniz ən mürəkkəb və çətin əməliyyat hansı olub?

- Müdafiə Nazirliyində ən çox gördüyümüz insanlar minaya düşüb zədə alanlardır. Cavan insanın əlinin və ya ayağının kəsilməsi, yaxud da şikəst qalması çox ağır gəlib. Bəzən bacardığın qədər orqanı saxlamağa çalışırsan, amma mümkün olmur. O qalsa xəstənin özünə ağırlıq yaradacaq.

- Xərçəng şişlərinin aradan qaldırılması üçün müxtəlif üsullardan istifadə edilir. Bəzən kimyəvi üsulla yandırılır, radiasiya ilə şüalandırılır, cərrahi üsulla kəsilir. Bunlardan hansına üstünlük vermək lazımdır və hansı daha effektiv hesab edilir?

- Şiş xəstəliklərində həm cərrahiyə əməliyyatı, həm də kimya və şüa terapiyası tətbiq olunur. Əgər xəstə xəstəliyinin IV mərhələsinə çatıbsa, çox vaxt cərrahiyə əməliyyatının mənası olmur. Xəstənin vəziyyətini yüngülləşdirmək üçün əməliyyat oluna bilər. Amma tutaq ki, şiş qida borusundadırsa, xəstə tamamilə qida qəbul edə bilmirsə, boğazdan keçmirsə, düzgün olar ki, vəziyyətini yüngülləşdirək. Axırıncı mərhələlərdə əməliyyat xəstənin yaşama müddətin azalda bilər.

- Mədəkiçiltmə əməliyyatının xərçəng yaratdığı barədə iddialar var. Bu nə dərəcədə doğrudur?

- Mədəkiçiltmə əməliyyatları son zamanlar geniş yayılıb. Əməliyyat olunanların əksəriyyətində 15 ildən sonra onkoloji proses başlaya bilər. Hər bir insanda anadan olanda onkoloji hüceyrələr olur. Sadəcə, mədəkiçiltmə əməliyyatı onkoloji xəstəliklərin baş qaldırmasına səbəb olur.

- Cənub bölgəsinin sakinləri daha çox hansı problem ilə qarşılaşırlar?

- Daha çox şəkər xəstəliyi ilə müraciət edirlər. Ağırlaşmaları olur.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
23 sentyabr 2026, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
23 sentyabr 2026, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
23 sentyabr 2026, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
23 sentyabr 2026, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
23 sentyabr 2026, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
23 sentyabr 2026, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Oxşar xəbərlər