Lənkəran şəhərinin sakinləri mərkəzi yolun çuxurlu olmasından narazılıqlarını bildiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.
Zərifə Əliyeva və Nizami küçələrinin arasında yerləşən yol baxımsız vəziyyətdədir. Belə ki, yolda çala-çuxurlar əmələ gəlib.
Yolun asfaltsız və çuxurlu olması sürücülərə narahatlıq yaradır. Həmçinin yağıntılı hava şəraitində çuxurlar su ilə dolur və bu səbəbdən yoldan keçən piyadaların gediş-gəlişi çətinləşir.