Lənkəran şəhərinin daha üç küçəsi təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində verir.
Belə ki, şəhərin Vaqif Hüseynov, Tofiq İsmayılov, döngə 3 və Şahin Məmmədov küçələri asfaltlanıb.
Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, növbəti asfaltlanma işləri şəhərin Şəhidlər xiyabanı, döngə 3, Tofiq İsmayılov, döngə 2 və Vaqif Məmmədov küçələrində planlaşdırılıb.