Lənkəran şəhərindən Cenublu.az-a növbəti şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, şəhərin Şəhidlər Xiyabanı 46/13 ünvanında yolların vəziyyəti acınacaqlıdır.
Bildirilib ki, yağış yağan kimi yollarda gölməçələr yaranır, bu da nəqliyyat və piyadaların hərəkəti üçün problem yaradır.
Şikayətlə bağlı redaksiyamıza ünvanlanan fotolardan da aydın olur ki, yolun təmiri zəruridir.
Sakinlər məsələyə aidiyyəti qurumların müdaxiləsini gözləyir.