Lənkəranda “Siqnal” İLİİ-nin əməkdaşları silinmiş piyada keçidlərini bərpa ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Avtosfer.az-a istinadən verir.
Ərazidə aşkar olunan problemlər dərhal aradan qaldırılıb. Eyni zamanda çatışmayan yol nişanları da quraşdırılıb. Bundan başqa köhnə və istismara yararsız yol nişanları yeniləri ilə əvəz olunub.