Lənkəran şəhəri, Ş.İ.Xətai küçəsindəki xəndəklər uzun müddətdir ki, təmizlənmir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 avqust tarixində verir.
Sakinlərin sözlərinə görə, ətrafa yayılan pis qoxudan onlar evlərində otura bilmirlər. “Xahiş edirik aidiyyəti qurumlardan, təmizlik işlərini növbəli şəkildə aparsınlar. Lənkəran şəhəri tək 2-3 mərkəzi küçədən ibarət deyil. Aradabir bizim küçəyədə nəzər salsınlar”, - deyə sakinlər bildiriblər.