Lənkəran şəhəri Şah İsmayıl Xətai küçəsinin problemi qismən həll olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 sentyabr tarixində verir.
Belə ki, küçədə qazılmış hissə hamarlanıb və gediş-gəliş tam bərpa olunub.
Qeyd edək ki, su borusunun sızıntısı problemi yaşanan küçədə yol qazılmışdı və xeyli müddətdir ki, bərpa olunmurdu.
Sakinlər yolun tezliklə asfaltlanmasını və yol qazılarkən xəndəyə tökülmüş torpağın təmizlənməsini gözləyirlər.