Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsinin yol problemi həll olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 sentyabr tarixində verir.
Belə ki, daha öncə izləyicilərimiz bizə yazaraq Tağıyev küçəsində yaranmış çuxur haqda məlumat vermişdirlər. Çuxur səbəbindən nəqliyyat vasitələri yolun əks istiqamətinə çıxaraq hərəkət edirdilər və bu hal həm sürücülərə, həm də piyadalara təhlükə yaradırdı.
Artıq qeyd olunan yol yamaqlanıb və küçədə hərəkət bərpa olunub.