Lənkəran rayonunda 6 otaqlı evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 1 avqust tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Hadisə Seyidəkəran kəndində qeydə alınıb. Ümumi sahəsi 300 kv.m olan evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri araşdırılır.