Lənkəran rayon sakini Bakıda qəza törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, 22 avqust saat 18:00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Lənkəran rayon sakini A.Baxşiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sara Ömərovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.