Lənkəran şəhərində yolların asfaltlanması davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində verir.
Belə ki, şəhərin Kələntərlilər və Mirzə Fətəli Axundzadə küçələri ilə yanaşı, Mirsalayev və Əliağa Vahid küçələrində də asfaltlanma işləri aparılıb.
Lənkəran şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, növbəti mərhələdə şəhərin V.Hüseynov və Ş.Məmmədov küçələrinin asfaltlanması nəzərdə tutulub.