Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsi, bina 46-nın sakinləri yol problemi ilə üzləşiblər. Bununla bağlı onlar bu gün, 12 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, sakinlərin sözlərinə görə, yolda çuxurlar əmələ gəldiyindən gediş-gəliş çətinləşib. Həmçinin onlar bildirirlər ki, küçədə işıq dirəkləri olsa da, onlar yandırılmır.
“Qış vaxtı hava tez qaraldığından palçıqlı işıqsız yollarla getməkdə çətinlik çəkirik. Xahiş edirik, aidiyyəti qurumlar məsələyə nəzər salsınlar”, - deyə onlar bildiriblər.
[URIS id=28537]