Lənkəran şəhəri, Heydər Əliyev prospekti, dalan 2 ünvanında yaşayan sakinlər yol örtüyünün olmamasından narahatdırlar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyul tarixində verir.
Sakinlərin sözlərinə görə, dalanın yolunun pis vəziyyətdə olmağı onlara gediş-gəliş üçün çətinlik yaradır. “Küçənin sakinlərinin çoxu yaşlı və xəstə insanlardır. Təcili Tibbi yardımı çağırdıqda çətinliklə gəlir. Aidiyyəti qurumlara yazılı şəkildə bütün sakinlər adından müraciət etmişik. Ümidvarıq ki, tədbir görülər”, - deyə sakinlər bildiriblər.