Lənkəran şəhərində 8 küçənin asfaltlanma işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
Belə ki, asfaltlanma işləri şəhərin 8 küçəsində 4453 metr uzunluğu olan 25832 kv.m sahədə aparılacaq. Abadlıq işləri çərçivəsində yol çiyinlərinin yenidən qurulması və yolboyu abadlıq işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, cari ildə Liman şəhərində də 2 küçənin asfaltlanması nəzərdə tutulub.
[URIS id=23434]