Lənkəran şəhərinin mərkəzi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı bu gün, 25 yanvar tarixində Cenublu.az verir.
Belə ki, şəhərin Zərifə Əliyeva küçəsində, "Bytelecom" elektronika mağazasının yaxınlığında "VAZ-2106" markalı avtomobil ilə "Chevrolet Malibu" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
"Chevrolet Malibu" markalı avtomobil evakuatora yüklənərək aparılıb. Avtomobillərə ciddi zərər dəyib.