Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi 78 ünvanında yerləşən 9 və 15-ci binaların yol örtüyündə çökəkliklər əmələ gəlib. Bu haqda məlumatı bu gün, 28 yanvar tarixində Cenublu.az verir.
Belə ki, sakinlərin sözlərinə görə yağıntılı havada çökəkliklər su ilə dolur və bahara kimi qurumur. "Payız və qış aylarında palçıqlı yollarla gedib-gəlirik. Üst-başımız palçıq içində olur. Şəhərin mərkəzində yaşayırıq axı. Rezin çəkmələrdəmi gəzək? Aidiyyəti qurumlardan xahiş edirik bu məsələyə baxsınlar", - deyə sakinlər söyləyiblər.
[URIS id=9960]