Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis və pedaqoji heyəti Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində olub. Bu haqda məlumatı bu gün, 18 yanvar tarixində Azertac verib.
Belə ki, görüş çərçivəsində Peşə təhsili üzrə "Strateji Yol Xəritəsi"nin icrası ilə bağlı hər iki müəssisədə görülən işlər, istehsalat təlimi və təcrübələrin müasir əmək bazarının tələblərinə uyğun təşkili, işəgötürən təşkilatlarla əməkdaşlıq, innovativ tədris metodları, təhsilalanların motivasiyası, istehsalat təlim ustaları və müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi ilə bağlı hər iki müəssisənin əməkdaşları arasında diskussiyalar aparılıb.
[caption id="attachment_9257" align="alignnone" width="300"]
Foto Azertac[/caption]