Lənkəranda İsmayıl xan Talışınskinin adını daşıyan küçədə asfalt örtüyü yoxdur. Bu haqda məlumatı bu gün, 3 yanvar tarixində Cenublu.az xəbər verir.
Belə ki, bu küçə "Raypo", "Azriba" adlanan ərazilər və 9 nömrəli məktəbə çıxan yoldur. Burada yaşayan sakinlər Cenublu.az-a müraciət ediblər. Onlar bildirir ki, yağış yağanda bu küçədən yalnız rezin çəkmələrdən istifadə edərək keçmək olur.
"Qış ayları gəldi, özünüzdə bilirisiniz ki, Lənkərana daim yağış yağır. Buradan keçmək mümkün olmur. Soyuqda palçıqlı yollardan gücnən keçirik. Taksi sifariş verirsən, palçıqlı olduğundan bəzən taksi də küçəyə gəlmir", - deyə sakin öz müraciətində bildirib.