Lənkəran şəhəri Arif Bağırov küçəsində qazıntı işləri gedir. Bu haqda məlumatı bu gün, 21 yanvar tarixində Cenublu.az verir.
Belə ki, küçədə qazıntı işləri işıq dirəklərinin bünövrəsinin hazırlanması üçün aparılır. Küçə yaxın zamanda işıq dirəkləri ilə təmin olunacaq.
Qeyd edək ki, Arif Bağırov küçəsi məktəblilər tərəfindən tez-tez istifadə olunan küçədir. Ətrafda S. Kazımbəyov adına 6 saylı tam orta məktəb yerləşir.
[caption id="attachment_9503" align="alignnone" width="300"]
Foto Cenublu.az[/caption]