İmişlidə azyaşlı uşaq velosipedlə traktorun altında qalaraq ölüb.
Cenublu.az xəbər verir ki, hadisə İmişli rayonunun Rəsullu kəndində qeydə alınıb.
Bədbəxt hadisə kənd sakini, 2021-ci il təvəllüdlü Ömər Rəşid oğlu Xəlilov velosipedlə hərəkətdə olarkən baş verib.
Ağır xəsarət alan azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.