Cəlilabad rayonunun daha bir kəndarası avtomobil yolu təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 noyabr tarixində verir.
Belə ki, rayonun Gülməmmədli-Məmmədcanlı kəndarası avtomobil yoluna çınqıl materialı tökülərək təmir işləri aparılıb.
Qeyd edək ki, işlər Gülməmmədli bələdiyyəsinin və kənd sakinlərinin birgə təşkilatçılığı ilə baş tutub.