Ələt-Astara avtomobil yolunda qəza qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində Report-a istinadən verir.
Belə ki, minik avtomobilinin maneəyə çarpılması nəticəsində Vasif Mirzəyev və Nəcmin Mirzəzadə xəsarət alıblar.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.