Cəlilabadda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 oktyabr tarixində Report-a istinadən verir.
Hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində baş verib.
"VAZ-2107" markalı minik avtomobilinin "Hyundai" markalı avtomobillə toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar rayon xəstəxanasına çatdırılıblar. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.