Cəlilabad rayonunda xəsarətlərlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində Bizim.Media-ya istinadən verir.
Hadisə Cəlilabad-Cəngan yolunda qeydə alınıb. Belə ki, qəza zamanı "Qazel" markalı yük avtomobili ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayon sakini, 30 yaşlı Loğman Musayev xəsarət alaraq xəstəxanaya çatdırılıb. Daha bir nəfər isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.