Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 oktyabr tarixində Report.az-a istinadən verir.
"Mercedes" markalı minik avtomobili ilə "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar - 56 yaşlı Füzuli Əliyev və 36 yaşlı Zamiq Quliyev rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.