Cəlilabadda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində Oxu.az-a istinadən verir.
Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, minik avtomobili yolu keçmək istəyən 17 yaşlı Nihat Şahbazovu vurub. O, rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.