Cəlilabad rayonunda iməcilik işləri həyata keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində verir.
Belə ki, rayonun M.Hüseyn küçəsində yola boylanan ağaclar budanıb, otlar biçilib, kol-koslar ərazidən götürülüb, ətraf süpürülüb və təmizlənib.
Qeyd edək ki, abadlıq işləri Mənzil İstismar Sahəsi tərəfindən həyata keçirilib.