42 yaşlı Cəlilabad sakini sükan arxasında dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində verir.
Hadisə Masallı şəhəri ərazisində qeydə alınıb. Coşqun Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.