Cəlilabad rayonunun bir sıra kəndlərində yollar təmir olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində verir.
Belə ki, rayonun Ocaqlı kəndində kənddaxili yollar, Gülməmmədli-Məmmədcanlı-Ətcələr kəndlərarası avtomobil yolu, Kövüzbulaq kəndinin kənddaxili yolları və Göytəpə şəhərinin Mircəlal Paşayev küçəsinin yolunda təmir işləri aparılıb.
İşlər vətəndaşların yerli bələdiyyəyə ödədikləri vəsait hesabına görülüb.