Cəlilabad rayonunda yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 oktyabr tarixində Report.az-a istinadən verir.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər rayon sakini: Gülxas Kazımova və İlahə İbrahimova xəsarət alıblar.
Yaralılar rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.