Bakıda küçədən meyiti aşkarlanan şəxsin Yardımlı rayonu sakini olduğu müəyyənləşib.
Hadisə paytaxtın Nərimanov rayonu, İ.Həsənoğlu küçəsində qeydə alınıb. Belə ki, Yardımlı rayonu sakini, 51 yaşlı Yalçın Zülfi oğlu Cangirovun meyiti binalardan birinin qarşısında tapılıb.
İlkin məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: lent.аz