top
Babəkin istehkamlarından biri: Astaranın Kafu qalası
10 avqust 2022, 07:00
- ↺ +

Babəkin istehkamlarından biri: Astaranın Kafu qalası

Kafu qalası Astara rayonunun qərbində, Hamoşam kəndindən 6 km aralıda yerləşir [1,5]. Bəzi mənbələrdə qala Kalafu, Kalfu və Kalakafu adları ilə qeyd olunur. Qala IX-XVII əsrlərə aid edilir. Kafu qalası xarici işğalçılardan qorunmaq məqsədi ilə tikilmişdir [1].

“Kafu” - baş mərkəz mənasını daşıyır. Əvvəllər bu qalanın ətrafında şəhər olub, qala isə onun mərkəzi olub [4]. Qalanın ətrafında, xüsusilə də Kafu qalasının ətəklərində saxsı qab qırıqlarının tapılması, qala ətrafında yaşayışın olmasını sübut edir [2].

Tədqiqatçı Tufan Axundovun fikrinə əsaslansaq, abidənin adı mərkəz qayanın forması ilə bağlıdır, yəni yarğan (kəlafa, oyuq) deməkdir [3].

Ehtimal olunur ki, qala xalq qəhrəmanı Babəkin ərəb işğalçılarına qarşı müharibədə sığınacaq istehkamlarından biri olub [1].

Kafu qalası dəniz səviyyəsindən təxmini 1900 metr hündürlükdə yerləşir [4]. Qala müxtəlif zamanlar dağıntılara məruz qalmışdır. Bu səbəbdən hazırda qalanın şərq tərəfində, qayanın kənarlarında kiçik ölçülü qaya daşlarından hörülmüş divarın qalıqlarını görmək mümkündür [1].

Qayanın zirvəsinin mərkəzində əvvəllər meydança yaradılmışdır. Bu meydança bir-birindən 14-16 metr aralıda olmaqla, iki tərəfdən qaya ilə əhatə olunmuşdur. Meydançanın şimal tərəfində 1,6 metr dərinlikdə hovuz düzəldilmişdir [2].

Ədəbiyyat:


  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2018.

  2. Azərbaycan arxeologiyası. Orta əsrlər. VI cild. Bakı-2008.

  3. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.

  4. https://www.youtube.com/watch?v=-_yuDsUz02E

  5. Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. Bakı-1992.

Son xəbərlər

Siyasət
Bu gün, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Bu gün, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
Dünən, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
Dünən, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
Dünən, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
Dünən, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
Dünən, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
Dünən, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
Dünən, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
Dünən, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Oxşar xəbərlər