top
Astaranın Şəvqə kəndinə təcili tibbi yardım maşını gəlmir
27 sentyabr 2022, 07:00
- ↺ +

Astaranın Şəvqə kəndinə təcili tibbi yardım maşını gəlmir

Astara rayonunun Şəvqə kəndində yolun olmaması sakinləri narahat edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində Real TV-yə istinadən verir.

Məsələ o qədər ciddidir ki, kənddə xəstə biri olduqda onu kənd sakinləri çiyinləri üstdə xəstəxanaya çatdırırlar, çünki kəndə təcili tibbi yardım maşını gələ bilmir.

Sakinlər bildiriblər ki, 300-dən çox sakinin yaşadığı kəndə əslində avtomobil yolu heç vaxt çəkilməyib. Sözügedən 2,5 km-lik yol 2012-ci ildə sakinlərin vəsaiti hesabına salınıb. Bu yol sakinləri əsas magistral yola, digər ərazilərə və ən əsası, təhsil ardınca gedən şagirdləri yaxınlıqdakı Pəlikəş kəndindəki məktəbə aparır. Lakin mövsümi yağışlar yolun bir hissəsinin uçmasına və bununla da hərəkətin məhdudlaşmasına səbəb olub.

Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətinin başçısının Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Xalıqov bildirib ki, Astara rayonunun dağlıq hissəsi olan Pəlikəş ərazisinin 13 kəndi var və ərazi çətin relyefə malikdir. Buna baxmayaraq, bütün kəndlərə avtomobil yolları çəkilib.

“Pəlikəş ərazisinin mərkəzindən Şəvqə kəndinə qədər 9 km-dir, bunun 6 km-i çınqıllı, 3 km-i isə torpaq yoldur. 3 kilometr torpaq yolda yağış və qar yağanda maşınların hərəkət etməsi üçün müəyyən problemlər yaranır. 2022-ci ilin avqust ayında torpaq yolun müəyyən hissəsi, yəni 800 metrdən çox hissəsi Astara RİH-nin başçısının göstərişi ilə genişləndirilib. Inşallah, işlər davam etdiriləcək. Yaxın gələcəkdə ərazi üzrə yol problemi həll olunacaq”, - deyə o bildirib.

Son xəbərlər

Siyasət
Bu gün, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Bu gün, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Bu gün, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
Dünən, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
Dünən, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
Dünən, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
Dünən, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
Dünən, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
Dünən, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
Dünən, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
Dünən, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
Dünən, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Oxşar xəbərlər