Ələt-Astara magistral yolunun Astara rayonunun Maşxan kəndi ərazisindən keçən hissəsində qazıntı işləri aparılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 sentyabr tarixində verir.
Belə ki, ərazidə yerləşən köhnə borular yenisi ilə əvəzlənir. İşlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən görülür.