top
Astarada qadın xalça yuyan kişiyə xəsarət yetirdi - MƏHKƏMƏNİN QƏRARI
30 oktyabr 2024, 22:12
- ↺ +

Astarada qadın xalça yuyan kişiyə xəsarət yetirdi - MƏHKƏMƏNİN QƏRARI

Astara rayonunda 1957-ci il təvəllüdlü Fərizə şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Fərmana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə bu ilin avqustun 25-də, saat 9 radələrində Astara şəhəri, Ziya Bünyadov küçəsində baş verib.

Fərizə yolun kənarında Fərman ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun baş nahiyəsinə daşla bir dəfə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Fərizənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərizə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fərmanı tanıyır, evlərinin yaxınlığında xalça yumaqla məşğuldur: “Avqustun 23-də, səhər saatlarında evimdəki xalçanı yumağa göndərdim. Həmin günü axşamüstü xalçanı aparmağa gəldim. Fərman mənə “uşaqlarım gəlib, xalçanı yumağa vaxtım olmayıb, xalçanı yuyandan sonra sənə zəng edərəm” dedi. Lakin Fərmandan yenə də heç bir xəbər olmadı. Ona görə də avqustun 25-də saat 9 radələrində xalçanı aparmağa gəldim və Fərmanı çağırdım. Fərman həyətdən xalça yuduğu yerə çıxdı. Ona “məni aldadırsan, xalçanı yumursan, xalçanı ver aparım” deyə ondan xalçanı istədim. Bundan sonra aramızda mübahisə baş verdi. Mübahisə zamanı Fərman yumruqla məni vurduğu üçün yerdən bir daş götürərək onun baş nahiyəsindən vurdum. Həmin zaman orada kənar şəxs olmayıb. Hadisə təxminən 2-3 dəqiqə davam etdi”.

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərizə 1000 manat miqdarında cərimə olunub.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Kriminal
Bu gün, 11:03

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Cəmiyyət
Bu gün, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Oxşar xəbərlər