top
Astarada 5 nəfər birləşib 17 yaşlı qızı QAÇIRDILAR
22 noyabr 2024, 07:00
- ↺ +

Astarada 5 nəfər birləşib 17 yaşlı qızı QAÇIRDILAR

“Gülbəniz öz xoşu ilə gəlib. Məcbur qaçırmamışam”.  

Cenublu.az-ın əldə etdiyi məlumata görə, bu sözləri məhkəmə qarşısında 4 nəfərlə əlbir olub yetkinlik yaşına çatmayan qızı qaçırmaqda təqsirləndirilən Cahid Piriyev (ad şərtidir) deyib.

Belə ki, 1996-cı ildə Astara rayonunun Şümrüd kəndində doğulan Cahid Piriyev uzaq qohumu, yetkinlik yaşına çatmayan, 2005-ci il təvəllüdlü Gülbəniz Qasımovanı (ad şərtidir) evlənmək niyyəti ilə qaçırmaq qərarına gəlib. Bu məqsədlə qardaşı Cümşüd Piriyev (ad şərtidir), qardaşı arvadı Aygün Piriyeva (ad şərtidir), tanışı Əlövsət Cəfərov və dayısı qızı Aygün Əliyeva ilə qızı qaçırmaq üçün birləşiblər. Aygünlə Namiq mütəmadi olaraq əlaqə yaradaraq Gülbənizin sentyabrın 10-u Astara şəhərində yerləşən kompüter kursuna gedəcəyi, həmin gün kursda məzun günü olacağı, yaşadığı evdən nə vaxt çıxacağı, hansı yollarla hərəkət edəcəyi, evə nə vaxt qayıdacağı və sair məlumatları öyrəniblər. Gülbəniz evə qayıdan zaman arxası ilə gedib onu maşına otuzdurublar. Qaçırdıqdan sonra qızı qardaşı arvadı Aygünün evinə gətiriblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 144.3-cü (şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cahid Piriyevə ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü qismən təqsirli bilib. İfadəsində qeyd edib:

“Taksi fəaliyyəti ilə məşğulam. Hadisə günü avtomobilim təmirdə idi. Dayım qızı Aygün sevdiyim Gülbənizgilə yun didməyə gedirdi. Gülbənizin anası qızını ayın 11-i başqasına verəcəyini deyib. Gülbənizin özü də Aygünə 10 sentyabrda imtahanı olacağını, yalnız həmin gün vaxtı olduğunu, ayın 11-də ona elçi gələcəyini demişdi. Gülbənizi ayın 10-u evlərinə 100 metr qalmış götürdüm. Götürəndə kameralar çəkirdi, insanlar da vardı. Əgər zorla qaçırmış olsaydım, kameralarda görünərdi. Gülbəniz özü də məni istəyirdi.

Qaçırdıqdan sonra Gülbənizi götürüb barışıq üçün polis idarəsinə getdim. Əgər məcbur qaçırırdımsa, niyə barışıq etmək istəyim? Məqsədim evlənmək idi. Sadəcə polisə gedəndən sonra məni orda döydülər, başqa cür ifadə verməyim üçün məcbur etdilər. Qardaşıma “tok” verəcəklərini dedilər. Amma mən Gülbənizi evlilik üçün qaçırmışdım”.

Cahid Piriyevin məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında ziddiyyət yaranıb. Onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi zalda elan olunub. İstintaqdakı ifadəsində Gülbənizi zorla qaçırdığını, ona xəsarət yetirdiyini etiraf edib.

Məhkəmədə dindirilmiş zərərçəkmiş Gülbəniz Qasımova ifadəsində deyib ki, təqsirləndirilən şəxslər onu 17 yaşında evlilik üçün qaçırıblar:

“Mənim həyatımı məhv etdilər. Cavidlə qohum olmuşuq. Deyilənə görə, babamın yasında məni görüb. Amma mən onu görməmişəm. Ancaq Cavidin qardaşını tanıyıram. Onu da atamla yaxın olduğu üçün tanıyıram. Cavid mənə elçi göndərdi. Mən və ailəm razı olmadıq. Sonra məni öz istədiyim oğlanla nişanladılar. Cavidgil mənim nişanlandığımı eşidəndən sonra məni qaçırmaq qərarına gəlmişlər. Qaçırmaq üçün bizim evə gəlib lazımi məlumatlar toplayıb. Hazırlıqdan evə qayıdanda arxamca Elvin gələrək ağzımı tutub maşına məcbur oturtdu. Evə gətirəndə Cavid məni ayrı otağa aparıb, orada evi, avtomobili, maddi vəziyyətinin yaxşı olduğunu, mənimlə evlənmək istədiyini, evlənəcəyi təqdirdə məni yaxşı yaşadacağını dedi. Atamın məni başqasına verdiyi barədə bildiyini, başqasıyla evlənməyimə icazə verməyəcəyini bildirdi”.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxslərin heç birində hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə təqsirləndirilən şəxslərə hökm oxunub.

Cahid Piriyev 10 il, qardaşı Cümşüd Piriyev 5 il, qardaşı arvadı Aygün Piriyeva 10 il, dayısı qızı Aygül Əliyeva 10 il, tanışı Əlövsət Cəfərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

 

Fidan İlqar

Son xəbərlər

Kriminal
Bu gün, 11:03

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Cəmiyyət
Bu gün, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Bu gün, 10:12

Lənkəranda 30 yaşlı kişinin meyiti aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 09:24

Biləsuvarlı şəhidin doğum günüdür

Bütün xəbərlər
Dünən, 17:35

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Kriminal
Dünən, 17:00

Lerikli 10 uşaq atası tanışını baltaladı — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 16:15

Külək güclənir - XƏBƏRDARLIQ

Kriminal
Dünən, 15:38

6 nəfər 132 kilo narkotiklə TUTULDU

Bütün xəbərlər
Dünən, 15:00

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Kriminal
Dünən, 14:10

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb

Faydalı
Dünən, 13:35

Cənubda qanvermə aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 12:40

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:00

Azərbaycan neftinin qiyməti 121 dolları ötüb

Bütün xəbərlər
Dünən, 11:23

Xəzərdə zəlzələ olub

Kriminal
Dünən, 10:48

Etiraz edən arvadını vurdu: Cərimələndi

Bütün xəbərlər
Dünən, 09:29

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
23 sentyabr 2026, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
23 sentyabr 2026, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
23 sentyabr 2026, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
23 sentyabr 2026, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
23 sentyabr 2026, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
23 sentyabr 2026, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
23 sentyabr 2026, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
23 sentyabr 2026, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
23 sentyabr 2026, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
23 sentyabr 2026, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
23 sentyabr 2026, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

Oxşar xəbərlər