Astara rayonu Ərçivan qəsəbəsinin küçələrindən birinin asfalt örtüyünün təmirə ehtiyacı var. Bununla bağlı qəsəbə sakinləri bu gün, 31 oktyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, “Ləm”in yerləşdiyi və qəsəbə xəstəxanasına aparan yol sakinlər tərəfindən tez-tez istifadə olunur.
“Küçənin bu vəziyyətdə olması sakinlərin gediş-gəlişini çətinləşdirir. Hamının şəxsi avtomobili yoxdur. Olanların çoxu da ehtiyat edib bu yola heç girmir. Çünkü çalalar o qədər dərindir ki, avtomobilə ziyan dəyir. Ümidvarıq, aidiyyəti qurumlar məsələni yaxın bir zamanda həll edəcəklər”, - deyə onlar bildiriblər.