“YAŞAT” Fondu Cəlilabaddan olan Vətən müharibəsi qazisi Elçin Hətəmovun tibbi xərclərini qarşılayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Hətəmov Elçin Sabir oğlu 28 oktyabr 1986-cı ildə Cəlilabad şəhərində dünyaya göz açıb. 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli, Qubadlı və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə savaşıb.
E.Hətəmov “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.