Dövlət Sosial Müdafiə Fondunun idarə heyətinin sədri Himalay Məmişov vətəndaş qəbulu keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
Fond sədri 11 avqust 2023-cü il tarixində saat 10:00-da Yardımlıda Yardımlı və Masallı sakinlərini qəbul edəcək.
Vətəndaşların pensiya, sosial müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı, fərdi uçot və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.
Qəbula yazılmaq üçün Yardımlı və Masallı sakinləri avqust ayının 2-dək Fondun Yardımlı və Masallı rayonlarında yerləşən şöbələrinə müraciət edə, (055) 912-34-22 telefon nömrəsinə zəng edə, [email protected] elektron poçt ünvanına məktub göndərə bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.