Fövqəladə Hallar Nazirliyinin regional mərkəzinin Cənub Regional Mərkəzi tərəfindən “Yanğınsöndürmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Kursda fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursun yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.