Məşhur türkiyəli məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli Çeşmənin bələdiyyə sədri seçilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində Qaynarinfo-ya istinadən verir.
Vaxtilə Azərbaycanda, "Xəzər Lənkəran"da çalışmış mütəxəssisin qızı həm də Çeşmənin ilk qadın bələdiyyə sədri olub. O, namizədliyini Cümhuriyyət Xalq Partiyasından irəli sürüb.
Qeyd edək ki, Mustafa Dənizli 2013-2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.