“Xəzər Lənkəran” stadionunun təmiri üçün texniki işçilərin seçiminə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində Ölkə.az-a istinadən verir.
Hazırda tikinti işlərinə cəlb olunacaq ixtisaslı texniki işçilər axtarılır. Daha sonra, tikinti işləri davam etdikcə əlavə işçi qüvvəsi cəlb ediləcək.
Xatırladaq ki, "Xəzər Lənkəran" stadionu 2016-cı ildə fəaliyyətini dayandırıb.