Bu gün Vətən müharibəsi şəhidimiz Sahil Məmişlinin doğum günüdür.
Sahil Ağaverdi oğlu Məmişli 1991-ci il avqustun 21-də Biləsuvar rayonunun Çaylı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Sahil Məmişli Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il noyabrın 11-də Şuşa döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.