top
“Uşaqlıqdan şəklimin çəkilməsini qoymamışam” – Məşhur fizika müəllimi ilə ÖZƏL MÜSAHİBƏ
03 fevral 2025, 03:09
- +

“Uşaqlıqdan şəklimin çəkilməsini qoymamışam” – Məşhur fizika müəllimi ilə ÖZƏL MÜSAHİBƏ

“Əslində, mənə şagirdin bazası elə də maraqlı deyil. Çünki vəziyyətdən asılı olmayaraq istənilən şagirdlə nəticə verirəm”.

Bu sözləri Cenublu.az-a müsahibəsində instaqramda 1 milyonluq “fizika.dim” səhifəsinin sahibi, gənc müəllim Nihad Şahbazov deyib.

O, öz təcrübəsi ilə adından söz etdirməyi bacarıb. Hazırladığı şagirdlərin qazandığı nailiyyətlərlə özünü bir daha sübut edən gənc pedaqoq bu gün sahəsinin ən yaxşılarındandır.

O, hazırda keçdiyi dərslərdə dünyanın ən müasir kompüterlərindən birini istifadə edir. Təxminən 20 min manata başa gələn bu kompüterin hazırlanma prosesi 1 ay vaxt aparıb. Bu qurğu mürəkkəbliyi ilə ölkəmizdə top 5 kompüter siyahısındadır.

Nihad Şahbazovla müsahibəni təqdim edirik:

- Nihad bəy, öncə oxucularımız üçün özünüzü təqdim edərdiniz. Harada doğulmusunuz? Təhsiliniz harada almısınız?

- Bütün oxucularınızı salamlayıram. Masallı rayonunun Çaxırlı kəndində, ziyalı bir ailədə dünyaya göz açmışam. Təhsilim və həyatım Masallı rayonunun elə özündə keçib. İlk orta təhsilimi Masallı rayonunun 3 saylı tam orta məktəbində almışam. Buranı müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika müəllimliyi ixtisasına daxil olmuşam. Bakalavriatı bitirdikdən sonra magistratura üzrə təhsilimi Ukraynada Xarkov dövlət politexnik universitetində ( NTU "KhPi" ) "Nanomateriallar və Tətbiqi fizika" ixtisasında davam etdirmişəm. Qarşıdakı məqsədim doktorantura pilləsini qurtardıqdan sonra elmlər namizədi adını almaqdır.

- Texniki fənlərə marağınız nə zamandan yaranıb?

- Onu deyim ki, əslində, bu sahəyə marağım hələ uşaq vaxtımdan yaranmışdı. Bizim ailədə anam kimya, atamsa riyaziyyat müəllimidir. Elə mən gözümü açandan evdə valideynlərim şagird hazırlayıblar. Bir gün, mənim heç yadımdan çıxmır, anama dedim ki, bu uşaqlar kimdir, evə hər gün gəlib-gedirlər. Anamın cavabı isə “bu uşaqlar bizim şagirdlərimizdir, oğlum, ana onlara dərs deyir” oldu. Sözün düzünü desəm, mənə həmişə şagirdlərin atam və anamla səmimiyyəti, ilin sonu valideynlərin bizim evə sevinclə gəlib təbrik eləmələri maraqlı gəlirdi. Elə buna görə də orta məktəbin sonlarında artıq tam qərarımı verdim ki, müəllim olum, özü də fizika müəllimi. Belə düşünürəm ki, bu qərarı verməklə az da olsa ölkəmiz üçün nə isə edə bildim...

- Neçə ildir müəllimliklə məşğulsunuz ?

- Qeyd edim ki, universitetin birinci kursundan etibarən dərs demişəm. Tam dəqiq desək, artıq 6 ildən çoxdur ki, bu sektordayam. Allah ömür versə, son nəfəsimə qədər də bu işi layiqincə yerinə yetirəcəyəm...

- Şagirdləri qəbul edərkən sorğu-sual zamanı ən çox nəyə fikir verirsiniz? Şagirdlərlə ünsiyyəti necə qurursunuz ? Mümkünsə, dərs prosesindən bir az danışardınız...

- İlk növbədə, mən şagirdləri qəbul edərkən onların hansı sinif və hansı qrup olduqlarına baxıram. Əslində, mənə şagirdin bazası elədə maraqlı deyil. Çünki vəziyyətdən asılı olmayaraq istənilən şagirdlə nəticə verirəm. Vaxta 1 ay belə qalsa. Bilirsiniz necədir, yaxşı başa düşmək üçün çox oxumaq bəzən fayda vermir. Biri sənə onu rahat başa salmalıdır. Mən də bu vəzifəni icra edirəm sadəcə.

Amma, şagirdlərlə ünsiyyətə gəldikdə, mən ümumiyyətlə hər şagirdimə fərdi yanaşıram. Çünki bəzi şagirdlər ola bilər ki, zarafat götürməz, ya da kiçik bir şey xətirlərinə dəyə bilər. Bir neçə gün içində şagirdlərlə ünsiyyət qurduqca artıq adam alışır və tanıyırsan ki, bu şagirdə necə yanaşmaq olar. Yəni, bir sözlə, hər kəsə xüsusi diqqətlə yanaşıram...

- Sizinlə müsahibə edərkən şəklinizin yayımlanmasını istəmədiniz. Elə profilinizə nəzər yetirəndə də şəkliniz olmadığını gördük. Özünüzü gizli saxlamağınız nədən qaynaqlanır?

- Əslində, mən belə deməzdim. İllərdir ölkəmizdə istər əyani, istər online dərslər keçmişəm və hazırda da keçməkdə davam edirəm. Mənim uşaqlıqdan həmişə bir istəyim olub: insanların adımı eşidəndə üzümü yox, gördüyüm işləri xatırlaması. Bu gün bir çoxumuz fizika sahəsində adını tarixə qızıl hərflərlə yazdıran alimlərin üzünü belə xatırlamırıq. Görəsən, neçəmiz Heisenberg, Bor, Plank, Schrödinger, Dalton, Plank və s. deyəndə ağlımızda bir üz canlanır? Bu siyahını artıra da bilərəm. Yəqin ki, bir çoxumuz bu alimlərin üzünü belə xatırlamırıq. Bax problem də budur. Mənə görə cisim müvəqqətidir. Hər kəsin dünyaya gəldikdən sonra öz dəst-xətti olmalıdır. Ona görə də mən xatirələrdə olduğum kimi xatırlanmaq istəyirəm...

- Belə başa düşdüm ki, şəkil çəkdirməyi sevmirsiniz...

- Mənim heç vaxt çox şəklim olmayıb. Atam və anamla belə sonuncu şəklim mən məktəbə gedənədəkdir. Uşaqlıqdan ailə üzvlərimi də qoymamışam şəklimi çəksinlər.

- Bildiyim qədəri ilə istifadə etdiyiniz kompüter sistemi ölkəmizdə top-5 siyahısındadır...

- Müəllim olmaqla yanaşı həm də səs prodüseriyəm. Bu sahə üzrə musiqi təhsilim də var. Onu da qeyd edim ki, atam Hamlet Şahbazov da riyaziyyat müəllimi olmaqla yanaşı peşəkar qarmon ifaçısıdır. Yəni bu sahə mənə yad deyil.

Hazırda istifadə etdiyim ölkə üzrə ən güclü sistemdir. Deyə bilərəm ki, təkcə masaütsü kompüterim 20.000, noutbukum isə 5000 manatdır. Masaüstü sistemdən ən çox renderdə istifadə edirəm. Noutbuku isə ən çox dərslərdə. Bəzi lahiyələrimi xaricdə yaşan dostum, Rusiyanın ən tanınmış səs mütəxəssislərindən bir Dimtri Silinlə yaratmışam. Bu iş mənə zövq verir. Son olaraq onu deyim ki, çoxumuz musiqinin 7 notdan ibarət olduğunu düşünür. Əslinə isə bu notlarda da bir fizika gizlənir: Dominus - Allah, Rerum – Materiya, Miraculum - Möcüzə, Familias Planetarium - Planetlər ailəsi, Solis - Günəş, Lactea Via - Kəhkəşan, Süd yolu, Siderae - Səma Kainat. 

Musiqi özü də bir ahəng və fizikadır. Fizika isə mənim həyatımdır...

 

Fidan İlqar 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:30

Lənkəranda təhlükə: Sahibsiz itlər sakinlərə hücum edir

Bütün xəbərlər
Bu gün, 09:23

Bıçaqladığını boynuna aldı, sonra psixi problemi olduğunu dedi — Lənkəranda quldurluq

Bütün xəbərlər
Dünən, 16:43

Salto vurmaqda ittiham edib döydü – Cəlilabadda hadisə

Bütün xəbərlər
Dünən, 15:45

Bir ildə erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Bütün xəbərlər
Dünən, 14:39

Sabah şaxta olacaq - PROQNOZ

Sizi maraqlandıran
Dünən, 13:45

Təhsil tələbə kreditindən yararlanmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 12:27

XTQ-nin 19 yaşlı qəhrəman şəhidi

Sizi maraqlandıran
Dünən, 11:28

Boradigahda keçilməz küçə - Yağış suları həyətləri basır

Bütün xəbərlər
Dünən, 10:28

Lənkəranda evin damından yıxılan kişi 16 gün sonra ölüb

Bütün xəbərlər
Dünən, 09:12

Lerikli şəhidimizin doğum günüdür

Bütün xəbərlər
22 yanvar 2026, 17:33

Həzi Aslanovun 116 illiyinə həsr olunan anım tədbiri keçirilib

Məişət
22 yanvar 2026, 16:29

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

Məişət
22 yanvar 2026, 15:26

Sabah yollar buz bağlayacaq

Bütün xəbərlər
22 yanvar 2026, 13:49

Lənkəranda 1-ci Qarabağ müharibəsi iştirakçısının meyiti tapılıb

Bütün xəbərlər
22 yanvar 2026, 13:00

Cəlilabadda yol-nəqliyyat hadisəsi: 2 nəfər ağır xəsarət alıb

Bütün xəbərlər
22 yanvar 2026, 11:50

21 yaşlı lənkəranlı Bakıda infarktdan öldü

Sizi maraqlandıran
22 yanvar 2026, 11:05

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Bütün xəbərlər
22 yanvar 2026, 10:27

Saatlıda 6 kiloqram narkotik ələ keçirildi

Bütün xəbərlər
22 yanvar 2026, 09:23

Biləsuvar sakini paytaxtda qətlə yetirilib

İqtisadiyyat
21 yanvar 2026, 17:51

Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır – SİYAHI

Bütün xəbərlər
21 yanvar 2026, 17:16

Lənkəranda qardaşını qətlə yetirən şəxsə hökm oxunub

İqtisadiyyat
21 yanvar 2026, 16:30

Qarın vurduğu ziyana görə bu şəxslərə 915 min manat ödənildi

İqtisadiyyat
21 yanvar 2026, 15:13

İşləyən pensiyaçılar üçün yeni təklif

Bütün xəbərlər
21 yanvar 2026, 14:33

Sabah hava necə olacaq?

Oxşar xəbərlər