top
Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
28 avqust 2026, 09:56
- ↺ +

Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-dən 2 sentyabr saat 23:59-dək aparılır.

Cenublu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları https://www.e-gov.az/az/services/read/3149/2 inter­net ünvanında yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə tələbə qəbulu, ixtisas qrupları üzrə müsabiqə şərtləri, elektron ərizənin doldurulma qaydası və s. zəruri məlumatlarla qəbul elanının tam mətnində tanış ola bilərsiniz.

Subbakalavrların müsabiqədə iştirakı

Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dən sentyabrın 2-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər

Subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları "Abituriyent" jurnalının 7-ci sayından seçə bilərlər.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisə­lərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas se­çiminə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5‑ci sayında dərc olunub.

"Abituriyent" jurnallarını DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), "Abituriyent" satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt

Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:32

Azərbaycanda yeni dələduzluq üsulu: Süni intellektlə yaxınlarının səsini təqlid edirlər

Kriminal
Dünən, 16:20

Lənkəranda oğul paltaryuyan maşına görə anasını döydü

Bütün xəbərlər
Dünən, 15:40

Lənkəranın yetişdirdiyi sənər adamları

Bütün xəbərlər
Dünən, 15:00

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Bütün xəbərlər
Dünən, 14:15

Lənkəran çayının sahili zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 13:30

Vətən müharibəsi şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:55

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:20

Lerikli şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:45

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Kriminal
Dünən, 11:07

Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı

İdman
Dünən, 10:30

Lənkəranlı idmançı ABŞ-də rəqibini nokaut etdi

Bütün xəbərlər
Dünən, 09:57

Biləsuvarda qəza baş verib – ölən var

Bütün xəbərlər
Dünən, 09:21

Astarada kişi pilləkəndən yıxılaraq ölüb

Siyasət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Siyasət
Dünən, 00:01

20 oktyabr 2020-ci il: Vətən müharibəsinin 24-cü günü

Bütün xəbərlər
19 oktyabr 2026, 17:54

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi

Kriminal
19 oktyabr 2026, 17:30

Şantajda təqsirləndirilən iki sayt rəhbəri ilə bağlı QƏRAR

Bütün xəbərlər
19 oktyabr 2026, 16:55

18 yaşlı astaralı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
19 oktyabr 2026, 16:20

Azərbaycanda xərçəng xəstəliyinə qarşı yeni dərmanlar qeydiyyata alınıb

Kriminal
19 oktyabr 2026, 15:45

Cinayətdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Bütün xəbərlər
19 oktyabr 2026, 15:10

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkarlandı

Bütün xəbərlər
19 oktyabr 2026, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 oktyabr 2026, 14:00

Lənkəran Dövlət Universitetində 49 min manatlıq layihə hazırlanacaq

Bütün xəbərlər
19 oktyabr 2026, 13:20

FHN: Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib

Oxşar xəbərlər