Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinə atılan növbəti ağır raket zərbələri nəticəsində azərbaycanlılar xəsarət alıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 avqust tarixində Report-a istinadən verir.
Yaralılar Ukrayna Milli Polisinin Pokrovsk şəhəri üzrə əməkdaşları – baş çavuşlar Nuriyev Nurlan İntiqam oğlu və Nuriyev Rasim Fikrət oğludur. Əslən Azərbaycanın Lənkəran şəhərindən olan hər iki polis əmioğludur.
Onlar xidmət zamanı Pokrovska endirilən raket zərbələri zamanı ağır yaralanıblar. Hər ikisinin vəziyyəti orta-ağırdır və vilayətlərdən birindəki hospitalda müalicə olunurlar.