Lənkəran sakini narkotikə görə saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 mart tarixində verir.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Məhərrəm Rüstəmli saxlanılıb.
Onun avtomobilinə baxış zamanı 6 kiloqram marixuana aşkar edilib. M.Rüstəmlinin narkotiki TikTok platformasında tanış olduğu İran vətəndaşından satmaq məqsədilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_55938" align="alignnone" width="336"]
Foto DİN[/caption]