Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Rvo kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixində Unikal.az-a istinadən verir.
Görüşə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri cəlb olunublar.
Qəbulda Rvo, Mollakənd və Əşlə kəndlərinin sakinləri onları narahat edən ümumi və şəxsi problemlərini səsləndiriblər. Yerli İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan bütün məsələlər həllini tapıb, digər məsələlər üzrə səlahiyyətli şəxslərə tapşırıqlar verilib.
Taleh Qaraşov bildirib ki, heç bir müraciət diqqətdən kənar qalmır və qaldırılan bütün məsələlər şəxsi nəzarətindədir.