Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində verir.
Qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov çıxışında ötən müddət ərzində Liman şəhərində görülən işlər barədə danışıb. Cari ildə Limanda bir küçənin asfalt örtüyünün yenilənməsinin planlaşdırıldığını vurğulayan Taleh Qaraşov qənaət edilmiş vəsaitə uyğun olaraq, əlavə daha bir küçənin asfalt örtüyünün yenilənəcəyi xəbərini sakinlərlə bölüşüb.